Stend atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib – FOTO

Bu gün stend atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib.

Ria24.Az-ın xəbərinə görə, Bakı Atıcılıq Mərkəzində dörd gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçirilir.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edir.

Turnirdən öncə açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri – Zemfira Meftahətdinova, Tofiq Bəylərov və qurumun baş katibi Emin Cəfərov çıxış edib.

FOTO: Tapdıq Abdullayev

www.RIA24.az