Təbrizin “Traktor” klubu rusiyalı baş məşqçiyə tapşırıldı

Təbrizin “Traktor” futbol klubunun rəhbərliyi təcrübəli rusiyalı mütəxəssis Qurban Berdıyevin baş məşqçi və texniki direktor vəzifələrinə təyin olunduğunu açıqlayıb.

Qeyd edək ki, iyunun 6-da 69 yaşlı mütəxəssislə “Kayrat”ın rəhbərliyi qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoymaq barədə razılığa gəliblər.

Qazaxıstanın “Kayrat” klubu Qurban Berdıyevin rəhbərliyi altında 2021-ci il mövsümündə Qazaxıstan Kubokunun qalibi olub və ölkə çempionatının bürünc mükafatını qazanıb.

Mənbə: Tractor-club.com

www.RIA24.az