Azərbaycan rejissorunun filmi ikinci dəfə Venesiya Film Festivalında nümayiş ediləcək

İncəsənət

Azərbaycanlı rejissor Hilal Baydarovun filmi “Venesiya Film Festivalı”nda göstəriləcək.

Bu barədə APA-ya rejissor özü məlumat verib.

O bildirib ki, “Xütbə” trilogiyasının son filmi — “Boşluğa Xütbə” dünya premyerasını Venesiya Film Festivalında edəcək.

Film Azərbaycan–Meksika–Türkiyə ortaq istehsalıdır və dünyanın sonu yaxınlaşarkən Şah İsmayılın dirilik suyunu axtarmaq üçün çıxdığı səyahətdən bəhs edir.

Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş edilən ikinci filmidir.

Spread the love