Azərbaycanda streç-sarğı istehsalı zavodu açılacaq

İqtisadiyyat

“Bakı Polimer İstehsalat” MMC-yə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib.
YTP-dən verilən məlumata görə, müəssisə streç-sarğılar istehsal etmək niyyətindədir.
İxrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç-sarğı istehsalı üzrə ixtisaslaşan kompleksin yaradılması üzrə investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod, Qafqaz coğrafiyasında 5 qat PE streç-sarğıları istehsal edən yeganə istehsalçı olacaq.
Streç-sarğılar innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə olunur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir