Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xiyaban və parkların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Ximekspress 2000” firmasıdır.
Qalibə 2 milyon manat ödəniləcək.
Xatırladaq ki, “Ximekspress 2000” adına uyğun olaraq 20 il bundan əvvəl dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 40 manatdır. Şirkətin 19 manat vergi borcu var.