İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan “İqtisadi və sosial inkişaf” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçiriləcək.
Konfransın açılış mərasimində Təhsil Nazirliyinin rəsmiləri, UNEC-in rektoru, professor Ədalət Muradov, Sosial və İqtisadi İnkişaf qurumunun təşkilat komitəsinin Prezidenti Domaqoj Cinqula, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ölkənin və xarici universitetlərin professorları çıxış edəcəklər.
Konfransa qəbul olunan məqalələr “Web of Science” kimi nüfuzlu beynəlxalq elmi bazalarda dərc olunacaq.