“Bu gün “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var”.
Bunu Xəzər TV-də yayımlanan “Birinci Studiya” verilişinə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, borc məsələsinin köklü həlli yoxdur:
“Yenə də yəqin ki, “Azəristiliktəchizat” ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, “Azəristiliktəchizat”da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil”.