Azərbaycan Hindistana koks nəql edir

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks bu dəfə Hindistana nəql olunur.

Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” yayıb.

Məlumatda deyilir ki, “ADY Express” MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini davam etdirir: “Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır burada yük gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25 000 ton koks Hindistana çatdırılır ki, onun axırıncı partiyası 1 min tonu artıq yola salınıb. Bu ayda daha 25 000 ton koksun nəql olunacağı nəzərdə tutulub. Vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır”.

Xatırladaq ki, “ADY Express” şirkəti 2020-ci il noyabr-dekabr aylarında 27 000 ton koks Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir