Nazir: “Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək”

İqtisadiyyat

“Bu il səkkiz yeni bərpa mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, respublikamızın dörd regionunda regional bərpa mərkəzləri artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır.

Nazir qeyd edib ki, bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki regional reabilitasiya mərkəzləridir:

“İlin sonuna qədər isə Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı, Şirvan Əlilliyi olan şəxslərin regional Bərpa Mərkəzi, eləcə də, Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcək”, – deyə nazir diqqətə çatdırıb.

O əlavə edib ki, bu müəssisələrin istifadəyə verilməsi ilə ölkədə reabilitasiya imkanları iki dəfədən çox artırılacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir