Kartofla bağlı yeni dövlət standartı təsdiq edilib

İqtisadiyyat

Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, standart Tərəvəz toxum – əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir