
Bakı. Trend:
Bu ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə
daxilolmaları 9,527 milyard manat təşkil edib ki, bu da proqnozla
müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz
çoxdur.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən
xəbər verir.
Məlumata görə, dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru
üzrə daxilolmaların 24 faizi və ya 2,286 milyard manatı vergi
orqanlarının xətti ilə daxilolmaların, 76 faizi və ya 7,240 milyard
manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfertin payına düşür.
Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin
gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat
və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü
ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra
edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6
faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 17,096 milyon manat məbləğində icra
edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər
olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1043,5 milyon
manat və ya 6,5 faiz çoxdur.