Bir sıra bəyannamə formaları və onların tərtib olunma qaydaları yeni redaksiyada təsdiq edilib

İqtisadiyyat

Bakı. Trend:

Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına edilən
dəyişikliklərlə əlaqədar bir sıra vergi bəyannamələri və hesabat
formaları, habelə onların tərtib olunma qaydaları yenilənib.

Trend bu barədə
Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində
edilmiş dəyişikliklərə əsasən, Məcəlləyə 101.6-1 və 150.1.14-1-ci
maddələr əlavə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Qanunun icrası ilə bağlı “Dövlət
rüsumu haqqında” Qanuna da 20-5-ci maddə daxil edilib.




Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti tərəfindən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”,
“Dövlət rüsumunun tutulması haqqında hesabat” formaları və bu
sənədlərin tərtib olunma qaydaları yeni redaksiyada
təsdiqlənib.

Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi
qaydaları haqqında daha əvvəl qüvvədə olan sənədlər ləğv
edilib.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu
link vasitəsilə tanış olmaq mümkündür.

Spread the love