
Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycandan Polşaya yönəldilmiş
birbaşa xarici investisiyaların həcmi 938 min ABŞ dolları olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, sözügedən ölkəyə investisiyalar ötən ilin eyni
dövrü ilə müqayisədə 520 min ABŞ dolları və ya 2,2 dəfə artıb. Belə
ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Polşaya
yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 418 min ABŞ
dolları olub.
Bəhs olunan dövrdə bu ölkəyə investisiyalar xaricə yatırılmış
ümumi investisiyaların 0,3%-nə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici
ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım
deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni
dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya
4,6% azdır.