
Bakı. Trend:
“Qarabağ Taxıl” MMC nizamnamə kapitalını azaldır.
Trend xəbər
verir ki, bu barədə şirkət özü elan edib.
Məlumata görə, MMC-nin nizamnamə kapitalı 6 371 963 manat
azaldılaraq 8 972 387 manat müəyyən edilir.
Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilir və
qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin
öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını
və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması
bildirilir.
Sözügedən şirkət 2012-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Baloğlanov Vüqar Samir oğludur.