Xaricdən əczaçılıq məhsullarının alışı 14%-ə yaxın azalıb

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 10 min ton
miqdarında, 259,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları
idxal edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni
dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,6 min ton və ya 13,8%
azalıb, dəyər ifadəsi ilə 11,4 milyon ABŞ dolları, yaxud da 4,6%
artıb.

Belə ki, ötən ilin ilk yarısında Azərbaycana 11,6 min ton
miqdarında, 248 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları
idxal edilmişdi




Əczaçılıq məhsullarının idxalı cari ilin birinci yarısında idxal
edilmiş ümumi məhsulların 2,25%-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici
ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard
ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan
xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparmışdı.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.