
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 593,7 milyon
ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 157,2 milyon ABŞ dolları və ya 36% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 2,43%-i həcmində olub. Bununla da ABŞ
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr
sırasında 7-ci yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Amerika Birləşmiş
Ştatlarına (ABŞ) 38,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon ABŞ dolları
və ya 4,3 dəfə azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında ABŞ-dən
Azərbaycana 555,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 283,6 milyon ABŞ dolları və
ya 2 dəfə artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul
idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 37,7 milyon ABŞ dolları
dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin
ilk 6 ayı ilə müqayisədə 126,4 milyon ABŞ dolları və ya 4,3 dəfə
azdır.
Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 2,15% paya sahib olub. Bununla da
sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcıları
arasında 8-ci yerdə mövqe tutub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.

