Azərbaycan vətəndaşları ötən ay Türkiyədən mənzil alışını 40%-ə yaxın artırıb

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin iyun ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 71
mənzil satılıb.

Trend bu
barədə Türkiyə Statistika İnstitutundan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
20 mənzil və ya 39,2% çoxdur. Belə ki, 2024-cü ilin iyun ayında
Azərbaycan vətəndaşları Türkiyədən 51 mənzil almışdı.




İyun ayında Türkiyədə xaricilərə 1 565 mənzil satışı həyata
keçirilib. Əcnəbilərə mənzil satışı iyun ayında əvvəlki ilin eyni
ayına görə 8,7% artıb. İyun ayında xaricilərə mənzil satışı ümumi
mənzil satışlarının 1,5%-ni təşkil edib. Yanvar-iyun aylarında
xaricilərə ev satışları illik müqayisədə 10,6% azalaraq, 9354-ə
düşüb. İyun ayında ən çox ev satışı Rusiya Federasiyası (326),
Ukrayna (111) və İran (109) vətəndaşlarına olub.

İyunda Azərbaycan vətəndaşları Türkiyədən mənzil alışında 6-cı
yerdə qərarlaşıb.

Spread the love