
Bakı. Trend:
2025-ci ilin altı ayına əsasən, illik inflyasiya 6% təşkil
edib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat
konfransında deyib.
“Bu, AMB-nin proqnozlarına uyğundur. Sürpriz yoxdur. Baza
inflyasiya ilin ilk 6 ayında 4,8% təşkil edib.
Nominal effektiv məzənnənin möhkəmlənməsi nominal əsasda 1,9%
olaraq inflyasiyaya 0,52% azaldıcı təsir edib.
İllik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3%
olacağı gözlənilir”, – sədr qeyd edib.

