Azərbaycanın iqtisadi artım proqnozu yenilənib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanda bu ilin sonuna ÜDM-in 3%, qeyri-neft sektorunun isə
4,2% artacağını proqnozlaşdırırıq.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat
konfransında deyib.




“2026-cı il üçün isə iqtisadi artımın 2,2%, qeyri-neft sektoru
üzrə isə 4,3 faiz artım proqnozlaşdırırıq”, – T. Kazımov
vurğulayıb.

Spread the love