
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıq
lifinin miqdarı 69,5 min ton olub.
Trend-in
Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu
miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 100,2 milyon
ABŞ dolları olub.
Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar
ifadəsi ilə 6,5 min ton və ya 8,5%, dəyər ifadəsi ilə 17,4 milyon
ABŞ dolları, yaxud da 14,8% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac
edilən pambıq lifinin miqdarı 76 min ton, dəyəri isə 117,6 milyon
ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq lifinin ümumi
ixracda payı 0,78%, qeyri-neft sektoru üzrə ixracda payı isə 5,71%
olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.