Kapital bazarlarında bütün hüquqi normativ baza yenilənəcək – Taleh Kazımov

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanın kapital bazarlarında bütün hüquqi normativ baza
yenilənəcək.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün keçirilən mətbuat konfransında deyib.




O bildirib ki, kifayət qədər beynəlxalq təcrübə ilə müqayisə
etdikdə Azərbaycanın qanunvericilik sahəsində təkmilləşdirmələr
tələb olunur:

“Amma onu əminliklə deyə bilərik ki, bu gün qiymətli kağızlar
bazarında nə emitentin, nə də investorun iştirak etməsi üçün hər
hansı məhdudiyyət var”.

Spread the love