
Bakı. Trend:
Cari ilin ilk yarımilində ARDNF-nin məcmu aktivləri 6,5 milyard
ABŞ dolları dəyərində artıb.
Trend-ə bu
barədə Fonddan məlumat verilib.
Qeyd edilib ki, qızıl alışlarının davam etməsi və qiymət artımı
nəticəsində qızılın portfeldə çəkisi 28,8% olub. Bu, keçən rüblə
müqayisədə 3% daha çoxdur. İkinci rüb ərzində ARDNF tərəfindən 15,8
ton qızıl alınıb.
Qeyd edək ki, cari ilin iyun ayının sonuna Azərbaycan Dövlət
Neft Fondunun (ARDNF) aktivləri 66,5 milyard ABŞ dollarına çatıb.
ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 10,8% artıb. Cari
ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8,8 milyard manat,
xərcləri isə 7,3 milyard manat təşkil edib.