
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-iyun ayları
ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə
həyata keçirilən hərraclarda 3,718 milyard ABŞ dolları məbləğində
vəsait satıb.
Trend bu
barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
8,6% və ya 294,7 milyon ABŞ dolları çoxdur.
Belə ki, ötən ilin birinci yarısında ARDNF 3,423 milyard ABŞ
dolları valyuta satışı həyata keçirmişdi.

