Daha üç tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

İqtisadiyyat

Bakı. Trend:

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat
çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni
inteqrasiyalar həyata keçirilib.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən
(İRİA) məlumat verilib.

Məlumata görə, İRİA-nın Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı
nəticəsində elektron reseptlər artıq “mygov” platformasında əlçatan
olub. İstifadəçilər onlara yazılmış reseptlərlə bağlı məlumatlarla
həm veb, həm də mobil tətbiq üzərində tanış ola və yükləyə
bilərlər.




Bununla yanaşı, İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi və TƏBİB-lə birgə həyata keçirdiyi inteqrasiya
çərçivəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi
göndərişlər də platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd
formasında təqdim edilir. Dövlət tibb müəssisələri tərəfindən
verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM,
EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb
müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması
üzərindən elektron şəkildə baxmaq və yükləmək mümkündür.

Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibb
məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası
vasitəsilə çıxış mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir