Azərbaycanın “Aİ-98” markalı benzini idxal etdiyi ölkələr – CƏDVƏL

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075
milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibində
qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox
oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımından
isə 110,1 ton və ya 11,1% azdır.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-98” markalı benzin
aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Rusiya

240,11

294,37

Bolqarıstan

295,15

361,85

Rumıniya

341,6

418,8