
Bakı. Trend:
Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin iyulun 1-i tarixinə
cəmi investisiya portfeli 66,5 milyard dollar təşkil edib.
Trend bu
barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövrünə Fondun investisiya portfelinin
xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 66,5%-ni ABŞ
dolları təşkil edir.
Vəsaitlərin 20,9%-ni avro, 5,1%-ni ingilis funt sterlinqi,
2,4%-ni Çin yuanı, 1,4%-ni Yapon yeni, 3,7%-ni isə digər valyutalar
təşkil edir.
Fondun ABŞ dolları portfelinin 19,1 milyard dollarlıq hissəsini
(28,8%) qızıl investisiyaları təşkil edir.