
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(ARDNF) investisiya portfelinin 31,4%-ni Avropaya yatırılan
investisiyalar təşkil edib.
Trend bu
barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz
bəndi çoxdur. Belə ki, 2024-cü ilin iyulun 1-nə ARDNF-nin
investisiya portfelində Avropaya yatırılan investisiyaların həcmi
30,7% idi.
Bununla yanaşı, cari ilin iyulun 1-nə Fondun investisiya
portfelinin 25,3%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü ilə
müqayisədə 7,8 faiz bəndi az), 9,1%-ni Asiyaya (3,7 faiz bəndi
çox), 1,4%-ni Yaxın Şərqə, 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya
(0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eyni
dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə
bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi
çox).
Qızıla investisiyalar portfelin 28,8%-i (ötən ilin eyni dövrü
ilə müqayisədə 14 faiz bəndi çox), beynəlxalq maliyyə
təşkilatlarına investisiyalar isə portfelin 43%-i (ötən ilin eyni
dövrü ilə müqayisədə 4,6 faiz bəndi az) qədər olub.