
Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən
bankların nizamnamə kapitalının həcmi açıqlanıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank
Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə
kapitalının həcmi 1,281 milyard manat təşkil edib.
İkinci sırada 415,6 milyon manat nizamnamə kapitalı ilə “Xalq
Bank” dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat
nizamnamə kapitalı ilə “Yelo Bank” qərarlaşıb.
Nizamnamə kapitalının həcmi ən az olan bank isə “Bank of Baku”
olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil
edib.
Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi
zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla
müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin
hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri
yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.
Banklar | Nizamnamə Kapitalı (Min manat) | |
1 | ABB | 1 281 271,39 |
2 | Xalq Bank | 415 596,74 |
3 | YeloBank | 378 000,00 |
4 | PAŞA Bank | 354 512,00 |
5 | VTB Bank | 315 815,00 |
6 | Kapital Bank | 265 850,00 |
7 | Premium Bank | 174 601,00 |
8 | UniBank | 138 200,39 |
9 | AccessBank | 121 750,00 |
10 | Expressbank | 112 545,00 |
11 | RabitəBank | 101 300,08 |
12 | Turan Bank | 100 006,00 |
13 | AzərTürk Bank | 79 000,00 |
14 | Bank Respublika | 73 961,09 |
15 | Bank Melli Iran | 73 611,17 |
16 | Bank Avrasiya | 71 800,00 |
17 | BTB Bank | 71 450,00 |
18 | AFB Bank | 70 393,46 |
19 | ZiraatBank | 65 500,00 |
20 | Azərbaycan Sənaye Bankı | 60 000,00 |
21 | YapıKrediBank | 55 380,70 |
22 | Bank of Baku | 52 870,00 |