
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas
kapitala 2,003 milyard manat məbləğində investisiya edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən
470,7 milyon manat və ya 30,7% artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların
1,403 milyard manatı neft-qaz sektoru, 600 milyon manatı isə
qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk altı
ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən
Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş
investisiyaların həcmi 5,8%, qeyri-neft-qaz sektoru üzrə isə 2,6
dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya
yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya
50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1
faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isə
yaşayış evlərinin tikintisinin payına düşüb.