Azərbaycanın sığorta bazarı böyüyüb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta
şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı
yığılıb.

Bu barədə Trend
Mərkəzi Banka istinadən xəbər verir.




Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 91,9 milyon manat və ya 12,7% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığorta
şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi
edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyon
manat və ya 21,4% artım deməkdir.

Spread the love