Azərbaycanda əlvan metallardan nümunə götürülməsi üzrə yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ
24231:2025 “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün
nümunələrin götürülməsinə və hazırlanmasına dair ümumi tələblər”
adlı yeni dövlət standartı qəbul edilib.

AZSTAND-dan Trend-ə bildirilib ki, sözügedən standartın qəbul
edilməsində məqsəd nümunələrin analitik tərkibinin dəqiq və
təkrarlanabilən təyini üçün vahid metodoloji yanaşmanı təmin
etməkdir.




Yeni dövlət standartının tətbiqi əlvan metallardan və onların
ərintilərindən kimyəvi analiz üçün nümunələrin götürülməsi və
hazırlanması prosesinin standartlaşdırılmasına xidmət edəcək.
Bundan əlavə, nümunə götürmə mərhələsi nəticələrin keyfiyyətinə
birbaşa təsir göstərdiyindən istehsalat proseslərində,
laboratoriyalarda və keyfiyyətə nəzarət sistemlərində tətbiq olunan
analiz metodlarının dəqiqliyi və etibarlılığı əhəmiyyətli dərəcədə
artacaq.

Yeni dövlət standartı “Qiymətli metallar və qiymətli daşlar”
standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus
əsasında qəbul edilib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə
normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir