Paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

İqtisadiyyat

Bakı.Trend:

İyulun 26-27-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki
“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda
növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

Trend Kənd
Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarkanın
məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının
satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd
məhsulları ilə təmin etməkdir.

Tədbirdə 20-yə yaxın regiondan 50-yədək fermer iştirak edəcək.
Onlar 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu
birbaşa satışa çıxaracaqlar.




Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə
bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət
göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları
analiz etdirə bilərlər.

Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro
stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi və
digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.