Azərbaycan BVF ilə qarşılıqlı fəaliyyətin prioritetlərini dəyərləndirib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi
göstəricilər, proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə
bağlı müzakirələr aparıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi
istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm
önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə
missiya rəhbəri Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığın
inkişafını məmnunluqla vurğuladıq.

Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi
göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və
vergi islahatları ilə bağlı müzakirələr apardıq”, – deyə paylaşımda
qeyd edilib.

Spread the love