Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyun ayları üzrə renkinqi

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 432,198 milyon manat sığorta ödənişi
edilib.

Trend-in
Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 76,114 milyon manat,
yaxud da 21,4% çoxdur.

Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətləri tərəfindən 356,084 milyon manat sığorta
ödənişi edilmişdi.




Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa
Həyat Sığorta” ASC (263,6 milyon manat) olub. İkinci yerdə 64,9
milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 32,3 milyon
manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti
qərarlaşıb.

Yanvar-iyun aylarında sığorta ödənişlərinə görə şirkətlərin
renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

“Paşa Həyat Sığorta”

263 583

“Paşa Sığorta”

64 929

“Atəşgah Həyat” Sığorta Şirkəti

32 351

“Atəşgah” Sığorta Şirkəti

19 459

“Qala Sığorta”

12 551

“Meqa Sığorta”

7 843

“Azərbaycan Sənaye Sığorta”

5 907

“A-Qroup Sığorta Şirkəti”

5 370

“Xalq Sığorta”

4 705

“Aqrar Sığorta”

4 443

“Xalq Həyat” Sığorta Şirkəti

3 207

“Meqa Həyat Sığorta”

2 894

“AtaSığorta”

2 599

“Qala Həyat” Sığorta Şirkəti

1 267

“AzSığorta”

1 061

“İpək Yolu Sığorta”

27