Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-iyun ayları üzrə renkinqi

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin
xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb.

Trend-in
Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 91,886 milyon manat
və ya 12,7% çoxdur.

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta
şirkətlərinin xətti ilə 725,162 milyon manat sığorta haqqı
toplanılmışdı.




Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa
Həyat Sığorta” ASC (390,8 milyon manat) olub. İkinci yerdə 182,3
milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə
57,4 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta Şirkəti
ASC qərarlaşıb.

Yanvar-iyun aylarında sığorta yığımlarına görə şirkətlərin
renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

“Paşa Həyat Sığorta”

390 813

“Paşa Sığorta”

182 271

“Atəşgah Həyat” Sığorta Şirkəti

57 377

“Qala Sığorta”

49 912

“Atəşgah” Sığorta Şirkəti

30 598

“Azərbaycan Sənaye Sığorta”

16 580

“Meqa Sığorta”

15 573

“Xalq Sığorta”

14 181

“Qala Həyat” Sığorta Şirkəti

13 305

“Aqrar Sığorta”

13 263

“A-Qroup Sığorta Şirkəti”

9 140

“Meqa Həyat Sığorta”

7 957

“Xalq Həyat” Sığorta Şirkəti

5 274

“AtaSığorta”

4 833

“AzSığorta”

4 651

“İpək Yolu Sığorta”

1 319

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir