Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını 13% artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş
kreditlərin həcmi 1,9 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 11,5 milyon manat
və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyon
manat və ya 13% çoxdur.




Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 290 milyon manat və ya 1%, 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə isə 3,7 milyard manat və
ya 13,9% artım deməkdir.