Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə yanvar-iyun ayları üzrə renkinqi

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta
şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi edilib
ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76,114 milyon
manat, yaxud da 21,4% çoxdur.

Trend-in
Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta
ödənişlərində ən çox artım olan şirkət “Meqa Həyat Sığorta” Açıq
Səhmdar Cəmiyyəti olub.

Belə ki, şirkət 2,894 milyon manat sığorta ödənişi edib ki, bu
da, illik müqayisədə 24,7 dəfə artım deməkdir.




Bəhs olunan dövrdə sığorta ödənişləri ən çox azalan şirkət
“İpəkyolu Sığorta” ASC olub. Bu şirkət 27 min manat sığorta ödənişi
edib ki, bu da, illik müqayisədə 8,7 dəfə azalma deməkdir.

Yanvar-iyun aylarında üzrə sığorta ödənişlərinin dinamikasına
görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

2025 (min manat)

2024 (min manat)

İllik dinamika (%)

“Meqa Həyat Sığorta”

2 894

117

2 373,5 (24,7 dəfə)

“Atəşgah” Sığorta Şirkəti

19 459

10 131

92,1

“Qala Sığorta”

12 551

6 724

86,7

“Aqrar Sığorta”

4 443

2 851

55,8

“Azərbaycan Sənaye Sığorta”

5 907

4 352

35,7

“AtaSığorta”

2 599

1 929

34,7

“Paşa Həyat Sığorta”

263 583

201 969

30,5

“Meqa Sığorta”

7 843

6 388

22,8

“Atəşgah Həyat” Sığorta Şirkəti

32 351

26 550

21,8

“AzSığorta”

1 061

872

21,7

“Xalq Həyat” Sığorta Şirkəti

3 207

3 140

2,1

“Paşa Sığorta”

64 929

64 330

0,9

“Xalq Sığorta”

4 705

5 052

-6,9

“A-Qroup Sığorta Şirkəti”

5 370

6 923

-22,4

“Qala Həyat” Sığorta Şirkəti

1 267

3 192

-60,3 (2,5 dəfə)

“İpək Yolu Sığorta”

27

236

-88,5 (8,7 dəfə)