
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında banklar 576,6 milyon manat xalis
mənfəət əldə edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
37,4 milyon manat və ya 6,1% azdır.
Bununla yanaşı, banklar 881milyon manat məbləğində əməliyyat
mənfəəti əldə ediblər ki, bu da, illik müqayisədə 5,5 milyon manat
və ya 0,6% çoxdur.
Hesabat dövründə banklar tərəfindən ümumilikdə 134.1 milyon
manat (illik müqayisədə 10 milyon manat, yaxud da 8% çox)
məbləğində mənfəət vergisi ödənilib.
Belə ki, ötən ilin birinci yarısında banklar tərəfindən 614
milyon manat xalis mənfəət, 875,5 milyon manat məbləğində əməliyyat
mənfəəti generasiya edilib, ümumilikdə 124,1milyon. manat
məbləğində mənfəət vergisi ödənilib.