
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara
nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil
edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, aylıq müqayisədə 1,1 faiz bəndi, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 1,8 faiz bəndi azdır.
Eyni zamanda, cari ilin iyulun 1-nə manatın qeyri-neft sektoru
üzrə nominal efektiv məzənnəsi isə 172,6 faiz bəndi təşkil edib ki,
bu da aylıq müqayisədə 1,2 faiz bəndi, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 1 faiz bəndi azdır.
Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatın ümumi real
effektiv məzənnəsi 115,3 faiz bəndi təşkil edib. Bu, aylıq
müqayisədə 2,2 faiz bəndi, illik müqayisədə isə 4,3 faiz bəndi
azdır.
Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real
effektiv məzənnəsi 111,4 faiz bəndinə bərabər olub ki, bu da aylıq
ifadədə 1,7 faiz bəndi, illik ifadədə isə 4,5 faiz bəndi
azalıb.