Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3
aqreqatı) həcmi 48,468 milyard manat təşkil edib.

Trend-in
Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq
müqayisədə 162 milyon manat və ya 0,3%, 2024-cü ilin eyni dövrünə
nisbətən isə 3,406 milyard manat və ya 7,6% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 36,817 milyard manat təşkil edib ki, bu da
aylıq göstəriciyə nisbətən 1,049 milyard manat və ya 2,9%, 2024-cü
ilin eyni dövrünə nisbətən isə 1,690 milyard manat və ya 4,8%
çoxdur.




Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,43
milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,079 milyard
manat və ya 3,8%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 874 milyon
manat və ya 3,1% çoxdur.

Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd
pul kütləsi (M0 aqreqatı) 16,513 milyard manat təşkil edib ki, bu
da aylıq müqayisədə 336 milyon manat və ya 2,1%, ötən ilin eyni
dövrünə nisbətən isə 923 milyon manat 5,9% çoxdur.

Spread the love