Birinci yarımildə mehmanxanaların gəlirlərinin həcmi açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana
tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə
müqayisədə 9,2 faiz artaraq 290 milyon manat olub.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 60,4
faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən,
27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və
sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin
göstərilməsindən əldə edilib.




Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana
tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə
üzrə 21,4 faiz olub (2024-cü ilin yanvar-iyun aylarında 21,1
faiz).

Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda
34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1
faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz,
Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16 faiz,
Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən
aşağı olub.

Spread the love