
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbayacanda kredit təşkilatlarının (bank
və qeyri bank) müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği
30,2 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon
manat təşkil edib.
Trend-in
Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kredit
qoyuluşlarının 26 milyard manatını milli valyutada kreditlər təşkil
edib.
Milli valyutadakı kreditlərin 437,1 milyon manatının ödəmə vaxtı
keçib.
Cəmi kredit qoyuluşlarının 4,2 milyard manatı xarici valyutada
verilmiş kreditlər olub ki, bu kreditlərin də 90,3 milyon manatının
ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, milli valyutada qoyulmuş
kreditlər 3,6 milyard manat və ya 16,3% artıb, xarici valyutada
qoyulmuş kreditlər isə 417,3 milyon manat və ya 9% azalıb.
Milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını
qısamüddətli, 21,7 milyard manatını uzunmüddətli kreditlər, xarici
valyutadakı kreditlərin isə 663,1 milyon manatını qısamüddətli, 3,6
milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.