
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş
kreditlərin həcmi 1,800 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 50,2 milyon manat
və ya 2,7% az, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 milyon
manat və ya 0,8% azdır.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit
qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtı
keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.
Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyon
manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir. Eyni
zamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə 19,1
milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə
75,7 milyon manat, yaxud 16,8% artıb.