Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək – Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

İqtisadiyyat

Daşkənd. Trend:

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinə faydalı
olacaq.

Trend xəbər verir
ki, bu barədə Özbəkistan nəqliyyat nazirliyinin tərəfdaşları ilə
birgə hazırladığı analitik hesabatda deyilir.

Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsinin
azaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin –
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını
birləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyə
verilməsi ola bilər.

“Bu “Asiya–Avropa” nəqliyyat-loqistika zəncirində iştirak edən
ölkələrə müsbət təsir göstərəcək, Asiya ölkələrinin Avropa bazarına
quru yollarla çıxışını asanlaşdıracaq, regionun loqistika
imkanlarını genişləndirəcək və tranzit xidmətlərinə xarici tələbatı
artıracaq.




Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolunda yük
qatarları Gürcüstan ərazisindən 250 km məsafə qət etməli olur,
halbuki Zəngəzur dəhlizi ilə bu məsafə xeyli qısadır.

Əgər dəmir yolu xətləri sərhədə yaxın yerləşən Ağbənd kəndinədək
uzadılarsa, Azərbaycanla Türkiyə arasındakı ümumi məsafə 343
kilometr azalacaq. Bu isə yükdaşımalar zamanı həm vaxt, həm də
maliyyə baxımından qənaətə səbəb olacaq, həmçinin Gürcüstan
üzərindən keçən mövcud marşrutla müqayisədə yolu bir gün
qısaldacaq.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizinin
fəaliyyətə başlaması Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyətini
azaltmayacaq. Hər iki marşrut bir-birini tamamlayacaq və regional
logistikanın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Spread the love