
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən avqustun 1, 5 və 7-də hərraclar keçiriləcək.
Trend Dövlət
Xidmətinə istinadən xəbər verir ki, hərraclara müəssisə, texnika və
232 nəqliyyat vasitəsi çıxarılacaq.
Avqustun 1-də keçiriləcək hərraca texnika və 16 lot üzrə 97
nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri
1980-2012-ci illəri əhatə edir.
Avqustun 5-də keçiriləcək hərraca Şəki şəhərində yerləşən əmlak
kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak
kompleksinin ümumi faydalı sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi
85.368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri
1986-2018-ci illəri əhatə edir.
Avqustun 7-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi
çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2001-2013-cü illəri
əhatə edir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH
linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az”
və “www.auksion.gov.az” internet saytlarından hərraca
çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.