
Bakı. Trend:
Cari ilin iyun ayının sonuna banklar tərəfindən kredit kartı
vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən
ilin eyni dövü ilə müqayisədə 2 faiz bəndi artaraq 25% olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, məişət avadanlıqlarının alınması ilə bağlı olan
istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26%,
yaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditlərinin orta
faiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərinin
orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 12%, digər istehlak
kreditlərinin isə orta faiz dərəcəsi illik müqayisədə 2 faiz bəndi
artaraq 21% olub.
Cari ilin yanvar-iyun aylarında Bank olmayan kredit
tәşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faiz
dərəsəci isə 35% olub.