
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin
əmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin iyunun 1-nə nisbətən
374 milyon manat və ya 2,5%, ötən ilin analoji dövrü ilə müqayisədə
isə 1,2 milyard manat və ya 8,8% artıb.
Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda
əmanətlərinin həcmi 10,444 milyard manat, xarici valyuta ilə isə
4,993 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyun ayının 1-i ilə
müqayisədə 308 milyon manat və ya 3%, illik müqayisədə isə 1,074
milyard manat və ya 11,5% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari iyunun 1-nə olan
rəqəmlərə nisbətən 66 milyon manat və ya 1,3%, illik nisbətdə isə
182 milyon manat və ya 3,8% artıb.

