
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 22,4 min ton ət
idxal edilib.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin
idxalına 47,2 milyon ABŞ dolları vəsait xərclənib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə
4,1 min ton və ya 15,4%, dəyər ifadəsi ilə 11,4 milyon ABŞ dolları,
yaxud da 19,5% azalıb.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbycana 26,5 min ton
miqdarında, 58,6 milyon ABŞ dolları dəyərində ət idaxl
edilmişdi.
Ət idxalı cari ilin altı ayının idxalında 0,41% paya sahib
olub.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda quş
əti də daxil olmaqla, diri çəkidə 293,5 min ton ət istehsal edilib.
Ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 ton və ya 1,1%
artıb. Ötən ilin ilk yarısında ölkədə quş əti də daxil olmaqla,
diri çəkidə 290,3 min ton ət istehsal edilmişdi.

