Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər – İCMAL

İqtisadiyyat

Bakı. Trend:

Ötən həftə açıqlanan məlumatlara görə, Azərbaycan Dövlət
Neft Fondu (ARDNF)
yaranma tarixindən bəri büdcə gəlirləri
207,3 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər
verir ki, ARDNF ötən il 7,858 milyard manat xalis
mənfəət əldə edib.
Fond ötən il Birləşmiş Ərəb Əmirliklərinə
məxsus First Abu Dhabi Bankda 340,34 milyon manat məbləğində
qısamüddətli depozit yerləşdirib.

Ötən ilin sonuna ARDNF qızıl külçələrə investisiyaları 21,003
milyard manat
, törəmə maliyyə alətlərinə investisiyaları
53 min manat, özəl səhm fondlarına investisiyaları
3,804 milyard manat, daşınmaz əmlak fondlarına
investisiyaları 4,564 milyard manat, səhmlərə investisiyaları
22,710 milyard manat, istiqrazlara investisiyaları
42,583 milyard manat təşkil edib. Fond ikinci rübdə
15,8 ton qızıl alıb.

Cari ilin iyun ayının sonuna ARDNF aktivləri 66,5 milyard ABŞ
dollarına çatıb. Fond bu ilin yanvar-iyun ayları ərzində
Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata
keçirilən hərraclarda 3,718 milyard ABŞ dolları məbləğində vəsait
satıb.
Bu ilin iyulun birinə Fondun investisiya portfelində
istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 38,9%-ə
bərabər olub.
İnvestisiya portfelinin 31,4%-ni Avropaya
yatırılan investisiyalar təşkil
edib.

Cari ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 3,202
milyard manat
, orta sahibkarlıq subyektlərinə verilən
kreditlərin həcmi 1,930
milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB)

Keçən həftə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı
ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz
dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib. Mərkəzi Bank inflyasiyanı
artıra biləcək əsas daxili risk faktorunu açıqlayıb. Məlumata görə, cari ilin ötən dövründə nağd
və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta
bazarında təklif tələbi üstələyib. AMB bu ilin sonuna neftin bir barelinin
orta qiymətini isə 68,6
dollar səviyyəsində
, cari əməliyyatlar balansının (CƏB)
profisitini isə 3,6 milyard dollar ətrafında proqnozlaşdırıb.

Azərbaycanın bank sektorunun son göstəriciləri açıqlanıb. Azərbaycanda fəaliyyət göstərən bankların
cəmi aktivləri 56,734 milyard manat olub. Bu ilin yanvar-iyun
aylarında bankların xalis mənfəəti 6,1% azalaraq 576,6
milyona düşüb.
İyun ayının sonunda dövriyyədə olan ödəniş
kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon
642 min ədəd təşkil edib. Vaxtı keçmiş kreditlərin məbləği
527,4 milyon manat olub. Manatın nominal və real effektiv
məzənnəsi azalıb. Manatın dövretmə sürəti artıb. İyulun 1-nə Azərbaycanda geniş mənada pul
kütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkil
edib.

Bunlarla yanaşı, bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının
(AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis
tələbləri 7,961 milyard manat təşkil edib. Kredit
təşkilatlarının (bank və qeyri bank) müddətlər üzrə kredit
qoyuluşlarının cəmi məbləği 30,2 milyard manata
çatıb.
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit
qoyuluşlarının
əmanət
qoyuluşlarının
həcmi artıb. İyulun 1-nə Azərbaycan banklarında
fiziki şəxslərin əmanətlərinin həcmi 15,437
milyard manat təşkil edib.
Azərbaycan iqtisadiyyatına cəmi
kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188
milyard manat təşkil edib.

Ötən həftə Azərbaycan Mərkəzi Bankı tərəfindən üç nəfər fiziki
şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv
edilib.

Mərkəzi Bank real sektorun maliyyə əlçatanlığının
genişləndirilməsi üzrə yeni
maliyyə aləti təqdim edib
. Azərbaycan Mərkəzi Bankı (AMB) və
Beynəlxalq Valyuta Fondu (BVF) mövcud əməkdaşlığın
dərinləşdirilməsini müzakirə edib.

Sığorta sektoru

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta
şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb,
432,198 milyon manat sığorta ödənişi
edilib.
Kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları
2,518 milyon manat, ödənişlər isə 37 min manat təşkil
edib.
Qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin
yığımları 177,578 milyon manat, ödənişlərin həcmi 54,282 milyon
manat təşkil edib. Əmlak sığortası üzrə sığorta
şirkətlərinin yığımları 107 milyon manata, ödənişlər 20,2 milyon
manata çatıb.

Maliyyə Nazirliyi

Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,804
milyard manat, dövlət büdcəsinin xərcləri 17,096 milyard manat
açıqlanıb. Hesabat dövründə dövlət büdcəsinin
gəlirlərinin 7,240 milyard manatı və ya 36,6%-i Dövlət Neft
Fondundan dövlət büdcəsinə transfertin payına
düşüb.
Bu ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz
sektoru üzrə daxilolmaları 9,527
milyard manat olub.
Qeyri neft-qaz sektoru üzrə büdcə
daxilolmaları 10,277 milyard manat təşkil
edib.




Azərbaycanın daxili dövlət borcunun səviyyəsi cari ilin 1 iyul
tarixinə 17,177 milyard manat, xarici dövlət borcu 5,011 milyard
ABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının 330 milyon manat
həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə
görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında
28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Renkinqlər

Aktivlərinin həcminə görə Azərbaycan banklarının renkinqi

Bankların öhdəliklərinin həcminə görə renkinqi

Bankların kredit portfelinin həcminə görə renkinqi

Depozit portfelinin həcminə görə bankların renkinqi

Bankların xalis mənfəətinə görə renkinqi

Bankların nizamnamə kapitalına görə renkinqi

Bankların ümumi gəlirlərinin renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyun
ayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-iyun
ayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-iyun
ayları üzrə renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə
yanvar-iyun ayları üzrə renkinqi

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir