
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 30,7 min ton düyü
idxal edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 29
milyon ABŞ dolları olub.
Düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 8,5 min ton və ya 21,7%, dəyər ifadəsi ilə 12,1 milyon ABŞ
dolları, yaxud da 29,4% azalıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 39,2 min ton
miqdarında, 41,1 milyon ABŞ dolları dəyərində düyü idxal
edilmişdi.
İdxal olunan düyü cari ilin ilk altı ayı üzrə idxalın 0,25%-ini
təşkil edib.